Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:55

Hesablama Palatasının hesabatı qəbul edilib


Milli Məclis
Milli Məclis

-

«2015-ci il dünya iqtisadiyyatında tərəddüdlərin baş verdiyi il kimi yadda qalıb. Buna görə, dünya ölkələri daha qənaətli büdcə siyasəti həyata keçirib».

APA-nın xəbərinə görə, bunu Milli Məclisin 15 aprel iclasında «Hesablama Palatasının 2015-ci il üzrə hesabatı»nın müzakirəsi zamanı qurumun sədri Vüqar Gülməmmədov deyib.

V.Gülməmmədov qeyd edib ki, ötən il Hesablama Palatası müxtəlif məqsədli 181 tədbir həyata keçirib.

Onun deməsinə görə, dövlət büdcəsinin gəlirləri ilə bağlı 4 mln. 496.1 min manat, büdcə xərcləri ilə bağlı isə 4 mln. 170 min manat məbləğində vəsait bərpa edilib. Həmçinin 39.5 min avro dövlət büdcəsinə qaytarılıb.

V.Gülməmmədov qeyd edib ki, vəsaitlərdən təyinatı üzrə istifadə olunmaması ilə bağlı mövcud qanunvericiliyə dəyişikliklər edilməkdədir.

Daha sonra hesabatın müzakirəsi başlayıb. Deputat Vahid Əhmədov nəzarət tədbirləri nəticəsində büdcəyə bərpa edilən vəsaitin az olduğunu diqqətə çatdırıb. «Hesablama Palatası çox ciddi nöqsanlar aşkar edir. Palatanın apardığı yoxlamalar nəticəsində çox ciddi problemlərin olduğu məlum olub. İndiki vəziyyəti nəzərə alaraq hesab edirəm ki, Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır»,-deyə o qeyd edib.

Müzakirələrdən sonra hesabat qəbul edilib.

XS
SM
MD
LG