Keçid linkləri

Təcili xəbərlər
2024, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 07:55

Nazir İsrailə əməkdaşlıq təklif edib


Şahin Mustafayev
Şahin Mustafayev

-

İqtisadiyyat naziri Şahin Mustafayev İsrailin Azərbaycanda səfiri Dan Stav-ı qəbul edib. Xəbəri İqtisadiyyat Nazirliyi yayıb.

Ş.Mustafayev Azərbaycan-İsrail əlaqələrinin inkişaf etdiyini deyib. Onun bildirməsinə görə, hazırda Azərbaycanda 37 İsrail şirkəti fəaliyyət göstərir.

Nazir səfirə deyib ki, səhiyyə, əczaçılıq, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Qeyri-neft sektorunda birgə müəssisələr yarada bilərlər.

Ş.Mustafayev əlavə edib ki, Azərbaycan əczaçılıq məhsullarının istehsalında maraqlıdır. Bu sahədə İsrail ilə birgə istehsal müəssisəsinin yaradılması yaxşı olardı. O, İsrail şirkətlərini Azərbaycana dəvət edib.

Səfir D.Stav da öz növbəsində bildirib ki, İsrail Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

XS
SM
MD
LG