Keçid linkləri

Təcili xəbərlər
2023, 10 Dekabr, bazar, Bakı vaxtı 11:24

Vegetarian şeirlər


Vegetarian buddist restoranı
Vegetarian buddist restoranı

-

***

Cansız bədənlər

qürurla uzanmışlar

Bir şapalaq qarınlarına,

yarıb açdılar.

Qardaşlar və bacılar,

Qan tutdu gözlərini

Yığdılar, doğradılar

Kimsə ağlamadı.

2 $ uşağım,

2 $ anam üçün ver.

Tikələ, qızart məni

və yedirt sevgilinə.

***

Əgər heyvanların

kəsilməsi,

doğranması,

yeyilməsi

əvvəlcədən nəzərdə tutulmuşdusa

yəni Allah özü istəmişdisə bunu

onda

niyə onlar beyinlə yaradılıb

ki işgəncəni

ağrını hiss edə bilirlər?

Niyə əsəbləri var və ağrıya bilirlər?

Niyə qulaqları var və eşidə bilirlər həmcinslərinin harayını?

Niyə burunları var

havadakı qorxunu,

bacı-qardaşlarının

ata-analarının qan və bağırsaq iyini duya bilirlər?

Niyə duyğuları var və bu duyğular onlara kəsim yerinə aparıldıqlarını deyir?

Niyə? Niyə? Niyə?

Çünki onlar

kəsmək doğramaq yemək üçün yaradılmayıblar

onlar yaradılıblar yaşamaqçün

sənin kimi, mənim kimi

kürəklərində günəşi hiss etmək

var olmaq xatirinə var olmaqçün.

***

Qəssabxanaların

divarları şüşədən olsaydı

hamı

vegetarian olardı.

Vegetarian səhifələrindən toplanıb

XS
SM
MD
LG