Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 05:55

Vaşinqtonda korrupsiyaya qarşı aksiya


Foto arxiv

Aprelin 11-də Vaşinqtonda-Kapitoli təpəsi deyilən ərazidə 400-dən çox etirazçı saxlanıb.

Aksiyaçılar Konqresin binası ətrafında korrupsiyaya etiraz olaraq oturaq aksiya keçiririblər.

Polis aksiyanın icazəsiz olduğunu deyir.

Mitinqi “Demokratik bahar” hərəkatı təşkil edib.

Onlar Konqresdən siyasətdə “böyük korrupsiya pulları”na son qoyulmasını, həmçinin azad və ədalətli seçki keçirilməsini tələb ediblər.

Onlar əllərində “Mən sizin varınıza qarşı yox, mənim hökumətimi almağınıza qarşıyam” kimi plakatlar tutublar.

Polis deyir ki, aksiyaçılar yolda insanların hərəkətini əngəllədiklərinə görə saxlanıblar.

“Demokratik bahar” hərəkatının fəalları Fladelfiyadan Vaşinqtona 10 günlük yürüş ediblər.

DİNLƏ: Günün əsas hadisələrinin şərhi (11 aprel - "Azadlıq-Live")
Gözlə

No media source currently available

0:00 0:28:52 0:00
Direct-ə keçid

XS
SM
MD
LG