Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 01:39

Bütün meyitlər qaytarılıb?


-

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər baş verən gərginlik nəticəsində tərəflərdə hərbçilərin saxlanması barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) rəsmi məlumat verilməyib.

Bu haqda BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O, APA-ya deyib ki, BQXK münaqişə tərəflərinə itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün olan səylərinə öz aktiv dəstəyini təklif edib. Komitə Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı həlak olanların meyitlərinin öz tərəflərinə təhvil verilməsinə yardım göstərib.

Aprelin 8-i və 9-da beynəlxalq qurumların vasitəçiliyi ilə tərəflər döyüş meydanından meyitləri çıxarıblar. Bundan başqa, aprelin 10-da bir-birlərinin nəzarətində olan meyitlər qaytarılıb. Ancaq son 3 gündə nə qədər meyitin qaytarıldığı açıqlanmır.

XS
SM
MD
LG