"Əsas qorxum millətimizin Moskvada yaşayn...."
Rusiya televiziyalarında Azərbaycanın mövqeyini müdafiə edən, buna görə müxtəlif hədələr alan, bu gün də işdən çıxarılan jurnalist Fuad Abbasov Telegraf.com-a müsahibəsində deyib: "Əsas qorxum millətimizin Moskvada yaşayan üst səviyyə təmsilçilərindəndir, amma bu barədə indilik heç bir şey soruşmayın. Bəlkə zamanı gəlincə bunu ya özüm açıqlayaram, ya da ən son ehtimal kimi çox güvəndiyim dostlarımdan eşidərsiniz".
Dindarlaşma gedir
«Azərbaycanda heç də zəif olmayan formada dindarlaşma prosesi gedir. Bu, ölkədə bir sıra problemlər yaradır».
Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
"Bu,1993-cü il deyil ki, 4 Niva ilə Cəbrayılı tutsunlar.."
Ermənistanın "Çorrod İşhanutyun" qəzeti yazır : "İndi 1993-cü il deyil ki, erməni qüvvələri 4 "Niva" maşını ilə Cəbrayılı tutsun..."
"...Rusiya Ermənistana təzyiq edəcək ki, güzəştə getsin. Bu, alınmasa, Rusiya Azərbaycana müasir silah verəcək...Korrupsiyalaşmış Ermənistan hakimiyyəti və oliqarxlar öz milliardlarından orduya bir qəpik də verməyəcək, vəziyyət gərginləşsə, sürətlə öz sərvətlərini ölkədən çıxardacaq". (AzadlıqRadiosunun Erməni xidmətinin hazırladığı mətbuat icmalından)