Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 10:59

Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüş bu ilin iyunda Tehranda keçiriləcək.

Bu barədə AZƏRTAC İran xarici işlər nazirinin müavini İbrahim Rəmipura istinadən məlumat yayıb.

İ. Rəmipur Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar Bakıda keçirilən görüşün səmərəli olduğunu, tərəflərin dənizin hüquqi statusunun tam müəyyənləşməsinə qədər görüşləri davam etdirmək qərarına gəldiklərini deyib.

O, bildirib ki, bütün tərəflər Xəzərin sülh və əməkdaşlıq dənizi olmasını istəyir, bu istiqamətdə addımlar atırlar: “İyunda Tehranda keçiriləcək növbəti görüşdə dənizin hüquqi statusu ilə yanaşı gəmiçilik, balıqçılıq, yük daşınması və digər məsələlər də müzakirə ediləcək”.

Aprelin 5-də Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin Bakıda görüşü keçirilmişdi. Görüşdə Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstanın xarici işlər nazirlərinin müavinləri iştirak etmişdilər.

Xəzərin hüququ statusu ilə bağlı danışıqlar 15 ildən çoxdur ki, davam edir.

Azərbaycan, Rusiya və Qazaxıstanın Xəzərin statusu ilə bağlı mövqeləri əsasən üst-üstə düşür. İran və Türkmənistanın mövqelərində fərqlər var.

XS
SM
MD
LG