Qazaxda 25 yaşlı mülki şəxs minaya düşüb.
APA-nın xəbərinə görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.
Kənd sakini 25 yaşlı Kamal Elman oğlu Abbasov yabanı bitkilər yığmaq üçün təmas xəttinə yaxın əraziyə gedərkən minaya düşüb. O dərhal Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib, sol ayağı amputasiya olunub.