Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 05:00

Erməni tərəfdə azərbaycanlı hərbi əsir yoxdur


Foto arxiv

“Erməni tərəfdə azərbaycanlı hərbi əsir yoxdur”.

Bunu aprelin 7-də AzadlıqRadiosunun erməni xidmətinə separatçı Dağlıq Qarabağ rejiminin nümayəndəsi David Babayan deyib.

O qeyd edib ki, belə olsaydı Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edərdik və bu barədə mətbuata məlumat verilərdi.

O həmçinin onların nəzarətində olan ərazilərdə cəsədlər olduğunu və onları Azərbaycan tərəfə verməyə hazır olduqlarını deyib.

Ermənistan tərəfinin məlumatına görə 4 günlük hərbi əməliyyatlarda 28 əsgər itiriblər.

Amma Babayan deyib ki, bu rəqəm hər an dəyişir və hazırda itkilər araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG