Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 05:10

Brüsseli bombalayan parlamentdə işləyib


Foto illüstrasiya

-

Martın 22-də Brüsseldəki hücumları həyata keçirənlərdən biri 6 il öncə Avropa Parlamentində təmizlikçi işləyibmiş.

Parlamentin aprelin 6-da yaydığı məlumatda deyilir ki, həmin şəxs 2009-210-cu illərdə parlamentdə bir aylıq yay işlərində çalışıb.

AB parlamenti şəxsin adını açıqlamayıb. Amma mənbələr onun 25 yaşlı belçikalı Najim Laachraoui olduğunu müəyyənləşdirib. O, aeroportda özünü partladıb. Müstəntiqlər onun ötən noyabrda Paris hücumları üçün intiharçı jiletləri hazırlamasından şübhələnir.

Belçikanın baş naziri Charles Michel ölkəsinin terrorçuluqla mübarizədə “uğursuz dövlət” olmadığını bildirib.

Brüssel hücumlarında 32 nəfər həlak olub. Hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) qruplaşması üzərinə götürüb.

XS
SM
MD
LG