Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:11

İlhamə Quliyevanın ölüm səbəbi açıqlandı


İlhamə Quliyeva
İlhamə Quliyeva

-

Xalq artisti İlhamə Quliyevanın ölümü ilə bağlı təyin olunmuş tibbi ekspertizanın yekun nəticələri məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, aparılan kimyəvi və toksikoloji ekspertizaların nəticələrinə görə, xalq artistinin zəhərlənməsinə dair iddialar öz təsdiqini tapmayıb.

İlkin müayinələrlə müəyyən edildiyi kimi, xalq artistinin ölümünə səbəb hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olub.

İ.Quliyeva fevralın 25-də saat 12:30 radələrində yaşadığı evdə vəfat edib. Onun oğlu Orxan Nadirov və yaxın qohumlarının xahişi ilə ölümün səbəblərinin müəyyən edilməsi üçün kimyəvi və toksikoloji ekspertizalar təyin olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG