Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 00:28

Çoxları vergidən yayınır?

Vergilər Nazirliyi
Vergilər Nazirliyi

-
Azərbaycanda aparılmış yoxlamaların 99 faizində vergidənyayınma halları aşkar edilib.

«Report» xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən «Açıq qapı» günündə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov qeyd edib ki, neft sahəsi şəffaf sahədir və orada vergidənyayınma halları yoxdur:

«Neft sektorunda büdcəyə 100 mln. manatdan artıq vergi hesablanıb və bu məbləğ tam həcmdə ödənilib. Lakin ticarət və ictimai iaşə sahəsində vergi toplamaları dəfələrlə çox olmalıdır. Amma yayınmalar da çoxdur»,-deyə nazir müavini bildirib.

This item is part of
XS
SM
MD
LG