Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 04:21

Abbas Kiarostami xəstəxanadadır


Abbas Kiarostami
Abbas Kiarostami

-

Səhiyyə Nazirliyi deyib ki, onda xərçəng xəstəliyi var, həkimlərsə deyirlər, yox.

Dövrümüzün görkəmli İran rejissoru Abbas Kiarostami Novruz bayramından əvvəl düşdüyü xəstəxanadan hələ də çıxmayıb. O, komadan təzəlikcə ayılıb.

Şənbə günü İranın Səhiyyə Nazirliyinin sözçüsü Abbas Zarenejad "Payvand" agentliyinə demişdi ki, Kiarostami bağırsaq xərçəngindən əziyyət çəkir.

Həkimlər isə "Tehran Times" ilə danışıqlarında bunu inkar ediblər:

“Heç bir xərçəng əlaməti yoxdur, xoşbəxtlikdən, Kiarostaminin vəziyyəti yaxşılığa doğru gedir" - onlar İranın dövlət xəbər agentliyinə deyiblər. “O, bağırsaq polipindən əziyyət çəkirdi ki, bu da əməliyyatla çıxarıldı. İndi o, ikinci əməliyyata hazırlaşır."

Ona ilk dəfə dünya şöhrətini, 1997-ci ildə Cannes festivalının mükafatını da qazandıran, "Albalı dadı" filmi gətirmişdi.

XS
SM
MD
LG