Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:40

Azərbaycan atəşkəsə əməl etdiyini deyir


Azərbaycan ordusu
Azərbaycan ordusu

-
Müdafiə Nazirliyi aprelin 6-ı səhər cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, bütün cəbhəboyu vəziyyət gərgin -sabit olaraq qalır.
«Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Silahlı Qüvvələrimiz ciddi surətdə riayət edir. Ordumuzun bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirir»,-deyə nazirlik qeyd edir.

Məlumatda həmçinin deyilir ki, Ermənistan tərəfinin dünən saat 12.00-dan sonra atəşkəs razılaşmasının Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə pozulması barədə yaydığı məlumatların da heç bir əsası yoxdur.

Aprelin 1-dən 2-nə keçən gecədən etibarən cəbhədə atəşkəs ardıcıl şəkildə pozulmuşdu. Döyüşlərdə hər iki tərəfdən itkilərin olduğu bildirilir. Azərbaycan 16, Ermənistan isə 29 hərbçisinin həlak olduğunu açıqlamışdı. Ermənistan tərəfi həmçinin 101 nəfərin yaralandığını, 28 nəfər isə itkin düşdüyünü bildirib.

Aprelin 5-i saat 12-dən etibarən tərəflər arasında atəşkəs razılığı əldə edilib.

XS
SM
MD
LG