Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 09:24

Yunusların şikayətinə baxılacaq


Leyla və Arif Yunuslar

-

Hüquq müdafiəçiləri Leyla və Arif Yunusula bağlı məhkəmə qərarından verilən kassasiya şikayətinə mayın 25-də baxılacaq. Kassasiya şikayəti Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun icraatına verilib.

Bu haqda Azadlıq Radiosuna hüquq müdafiəçilərinin vəkillərindən Elçin Sadiqov məlumat verib.

Vəkil bildirib ki, hüquq müdafiəçiləri barəsində çıxarılmış hökmdən verilən kassasiya şikayətində hər iki şəxsə bəraət verilməsi tələb edilir.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunaraq həbs edilmişdilər. Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum etmişdi.

Bakı Apellyasiya Məhkəməsi isə Yunusların azadlıqdan məhrum etmə cəzalarını 5 il sınaq müddətli şərti cəza ila dəyişmiş və onlar sərbəst buraxmışdı.

Leyla və Arif Yunuslar ictimai fəaliyyətləri, hökuməti tənqid etdikləri üçün həbs olunduqlarını deyirdilər.

Multimedia

XS
SM
MD
LG