Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 11:44

Tərtərdə 3 nəfər mülki şəxs həlak olub


Orta məktəbi və evi "qrad"la vurublar
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Orta məktəbi və evi "qrad"la vurublar

-

Tərtər rayon İcra Hakimiyyəti aprelin 2-də gecə saatlarından bəri cəbhə bölgəsində vəziyyətin gərginləşməsi nəticəsində həlak olan və yaralananlarla bağlı rəsmi məlumat yayıb. Rəsmi məlumatda rayona ümumilikdə dəyən ziyan da əks olunub.

İcra hakimiyyətinin məlumatına görə, Ermənistan ordusunun Tərtərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində ümumilikdə 3 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Report-un xəbərinə görə, həlak olanlar 23 yaşlı Orxan Rəhimov, 24 yaşlı Fərman Əsədov və 16 yaşlı Kəlbəcər rayonundan məcburi köçkün Turanə Həsənovadır.

6 nəfərin, Sadiq Əliyevin, Zahid Vəliyevin, Sənan Vəlizadənin, Cəlal Rəhimovun, Mehbarə Əliyevanın və Kəmalə Ağayevanın isə yaralandığı bildirilir.

Məlumatda son bir neçə gündə Azərbaycan yaşayış məntəqələri şiddətli atəşə tutulduğundan, fərdi yaşayış evlərinə də ciddi ziyan dəydiyi bildirilir.

“Rayonda şəhər mərkəzi olmaqla bərabər, 162 evə artilerriya mərmiləri düşüb. Nəticədə evlərin çoxu darmadağın edilib. Hazırda rayonda dəymiş ziyanın miqdarı hesablanır” - deyə icra hakimiyyətinin məlumatında bildirilir.
Prezident İlham Əliyev isə bu gün bildirmişdi ki, ümumilikdə bu hadisələr nəticəsində 300-ə qədər evə ziyan dəyib.

XS
SM
MD
LG