Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 22:21

Tərtərdə iki mülki şəxs yaralanıb


-

Aprelin 4-də Tərtər rayonunun atəşə tutulması nəticəsində Düyərli kənd sakinləri Etibar Quliyevin və Vüqar Ağayevin həyətinə mərmilər düşdüyü bildirilir. Nəticədə iki nəfərin yaralandığı deyilir.

AZƏRTAC-ın xəbərinə görə, mərmi düşən evə ciddi ziyan dəyib. Müxtəlif bədən xəsarətləri alan kənd sakinləri – 32 yaşlı Mehparə Əliyeva və 40 yaşlı Kəmalə Ağayeva Tərtər xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Tərtərin icra başçı və Müdafiə Nazirliyinin nümayəndələri yaralılara baş çəkiblər.

Aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində atəşkəsin pozulmasından üzü bəri Azərbaycan tərəfdən 3 mülkü şəxsin öldüyü, 15-ə yaxın sakinin yaralandığı bildirilir.

XS
SM
MD
LG