Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 21:40

İraqda 25 ölü, 60-dan çox yaralı


Foto arxiv

İraqda törədilən müxtəlif hücumlarda azı 25 nəfər ölüb, 60-dan çox adam yaralanıb.

Aprelin 4-də intiharçının Bəsrə şəhərində törətdiyi partlayışda 5 nəfər ölüb, 10 nəfərsə yaralanıb.

Bu hücuma görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Qalan partlayışlar Mashahdeh, Bağdad və Nəsriyyə şəhərləri və Anbar əyalətində törədilib.

Hazırda İraqın bir çox əraziləri “İslam Dövləti” qrupunun nəzarətindədir.

XS
SM
MD
LG