Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 22:27

Lazımı qədər qan təminatı var...


İllüstrasiya

-

“Silahlı Qüvvələrdə qan və qan komponentlərinə olan tələbat Baş Klinik Hospitalın Qan Bankı bölməsi tərəfindən tam təmin edilir”.

Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.

Hospitalın Qan Bankı bölməsinin rəisi, Kazım Quliyev bildirib ki, hazırda lazımı qədər qan və qan komponentləri var:

“Bölmə hər zaman olduğu kimi 24 saat fasiləsiz fəaliyyət göstərir. Bu məsələlərlə bağlı narahatçılığa heç bir əsas yoxdur", - deyə K.Quliyev vurğulayıb.

XS
SM
MD
LG