Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 21:59

Mərkəzi Bank dollar alır


-

“2016-cı ildə manatın məzənnəsi çevik məzənnə rejiminə uyğun olaraq, valyuta bazarında tələb təklif nisbəti əsasında formalaşmaqdadır. Son günlər, valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatınməzənnəsinin dollara nisbətdə əhəmiyyətli möhkəmlənməsi baş verməkdədir”.

Mərkəzi Bankın növbəti valyuta hərracı ilə bağlı məlumatında belə deyilir.

Mərkəzi Bank qeyd edir ki, manatın möhkəmlənməsi səbəbindən məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb. Bunu nəzərə alan Mərkəzi Bank aprelin 4-də valyuta alışı hərracı keçirib.

Mərkəzi Bank hərracın ümumi həcminin 400 min dollar olduğunu bildirir.

Bu ilin fevralında Mərkəzi Bankın təqribən 4 milyard dollar valyuta ehtiyatlarının qaldığı açıqlanmışdı. Halbuki, 2014-cü ildə bu ehtiyat 15 milyarda yaxın idi. Son aylar artıq valyuta hərracına Neft Fondu vəsait çıxarır.

XS
SM
MD
LG