Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:07

Gəncin özünü asdığı deyilir


İntihar
İntihar

-

Bakıda daha bir intihar hadisəsinin baş verdiyi bildirilir.

APA bu xəbəri Sabunçu Rayon Prokurorluğuna istinadən yayıb.

Hadisə rayonun Sabunçu qəsəbəsində qeydə alınıb. 26 yaşlı qəsəbə sakini Emil Hümbətovun yaşadığı evdə asılmış meyiti tapılıb. Ölümün səbəbi, hələlik, açıqlanmır.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Ölkə mətbuatı tez-tez intiharlardan xəbərlər verirlər. Ancaq ölkədə intiharların rəsmi statistikası aparılmır. Mətbuatın yazdığına görə, insanlar daha çox maddi problemlər üzündən canlarına qıyırlar.

XS
SM
MD
LG