Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 18:37

Ceyhanda artım, Supsada isə...


Bakı-Ceyhan və Bakı-Supsa

-

SOCAR mart ayında Ceyhan limanı vasitəsilə 1 644 415 ton xam neft ixrac edib. Ötən ilin mart ayının göstəriciləri ilə müqayisədə bu marşrutla neft ixracında 34 faizlik artım olub.

Bu haqda SOCAR-ın yaydığı məlumatda bəhs edilir.

SOCAR bildirir ki, ümümilikdə, yanvar-mart ayları ərzində Ceyhan limanından 4 628 741 ton xam neft ixrac olunub. Bu ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 1,6 faiz çoxdur.

Supsa və Novorossiysk limanı vasitəsilə ixrac isə azalıb

SOCAR-ın neft ixrac etdiyi Supsa və Novorossiyask limanı üzrə göstəricələr isə azalıb. Neft şirkətinin məlumatına görə, mart ayında Supsa limanı vasitəsilə 176 335, Novorossiysk limanı vasitəsilə isə 79 678 ton xam neft ixrac edilib. Ötən illə müqayisədə Supsa limanı vasitəsilə ixrac 30, Novorossiyask limanı üzrə isə 53 faiz azalıb.

Yanvar- mart aylarında ümumilikdə Supsa limanından 599 600, Novorossiysk limanındansa 79 936 ton neft ixrac edilib.

SOCAR ixracat göstəricilərinin həm dövlətə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirdiyini bildirir.

XS
SM
MD
LG