Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:26

Avropa Məhkəməsinin qərarları ətrafında müzakirə qızışır


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

-

«Sivil Toplum Platforması» parlamentin müzakirəsinə çıxarılan Konstitusiya Qanunu layihəsi ilə bağlı mövqe sənədi hazırlayıb. Söhbət «İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında» layihədən gedir.

Deputat Rəfael Cəbrayılovun hazırladığı bu layihəyə parlament komitəsi yaşıl işıq yandırıb. Layihə parlamentin müzakirəsinə verilib.

BU, RUSİYA «TƏCRÜBƏSİ»NİN ÖLKƏYƏ AYAQ AÇMASIDIR

«Sivil Toplum Platforması»nın sənədində deyilir: «Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə iki dövlətlərarası qurumun yurisdiksiyasını rəsmi qəbul edib. Bu, Avropa İnsan Hüquqları Məhkəməsi və BMT-nin İnsan Hüquqları Komitəsidir. Bu layihənin Milli Məclisin müzakirəsinə çıxarılması təsadüfü deyil. Son vaxtlar Avropa İnsan Hüquqları Məhkəməsindən Azərbaycan məhkəmə sisteminin ədalətsizliyini təsdiq edən qərarlarının ard-arda gəlməsi ölkə rəsmilərinin tələsik həll yolu axtarmasına səbəb olub».

Eyni zamanda sənəddə bu addım gözü daim Şimalda olan bəzi məmurların Rusiyanın mənfi təcrübəsini ölkəyə gətirmək səyi kimi dəyərləndirilir.

ORTADA ÖHDƏLİK VAR

Sənəddə qeyd edilir ki, Avropa İnsan Hüquqları Konvensiyasını 2001-ci dekabrın 25-də Milli Məclis ratifikasiya edib. Bu, milli hüquqa daxil edilib və Konstitusiyanın 12-ci və 151-ci maddələrinə əsasən, referendumla qəbul edilən aktlardan sonrakı yeri tutur: «Milli Məclisin AİHM-nın qərarlarının ölkədə icrasının mümkünlüyünü mübahisələndirən istənilən aktı ölkənin tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyası ilə ziddiyyət təşkil edəcək. Avropa İnsan Hüquqları Konvensiyanın 46-cı maddəsində Azərbaycan tərəfinin açıq öhdəliyi var».

BU ADDIM KONSTİTUSİYAYA ZİDDIR

Sənəddə deyilir ki, parlament həmin layihəni qəbul edərsə, bunun Konstitusiyanın 71-ci maddəsinə zidd olacağı şübhəsizdir: «71-ci maddənin 1-ci bəndində hakimiyyətin hər üç qoluna vəzifə verilib: Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləmək, qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər».

«Sivil Toplum Platforması» sonda deputatlara üz tutaraq onlara Konstitusiyanı pozmamağa çağırır.

QARŞI TƏRƏF NƏ DEYİR

Ancaq qarşı tərəf də elə ölkə Konstitusiyasına istinad etmək istədiyini bildirir. Layihə parlamentin komitəsində müzakirə olunarkən, müəllif Rəfael Cəbrayılov belə demişdi: «Burada əsasən Konstitusiya Məhkəməsinə yeni səlahiyyətlər verilməsi nəzərdə tutulur. Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın Azərbaycan barəsində qəbul etdiyi qərarların Azərbaycan Konstitusiyasına uyğunluğu baxımından icrasının mümkünlüyü məsələsini həll edəcək».

Sivil Toplum Platforması 2015-ci il dekabrın sonlarında bir qrup vətəndaş cəmiyyəti fəalı tərəfindən yaradılıb. Qurumun əsas hədəfi ölkədə siyasi və iqtisadi islahatlara nail olmaqdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG