Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 11:06

-

Obama administrasiyası İranla biznes sövdələşmələrində ABŞ dollarından istifadəyə qadağaları yüngülləşdirməyi nəzərdən keçirir. Məqsəd Tehranın dünya dövlətləri ilə nüvə razılaşmasından sonra iqtisadi fayda götürə bilməsidir.

Bu addım hələ rəsmən elan olunmayıb. Ancaq adı çəkilməyən rəsmilər bu barədə Reuters və Associated Press agentliklərinə açıqlama veriblər.

Məlumata görə, ABŞ Xəzinədarlığı ABŞ-dan kənarda yerləşən bankların İranla biznes sazişlərində ABŞ valyutasından məhdud istifadəyə icazə verməyi nəzərdən keçirir.

Bu addımın İran iqtisadiyyatına kömək edəcəyi gözlənilir.

XS
SM
MD
LG