-
Gəncədə dəm qazından ölüm hadisəsinin olduğu bildirilir.
APA-nın xəbərinə görə, 37 yaşlı Saray Abbasovanın yaşadığı evin vanna otağında meyiti aşkarlanıb. Onun dəm qazından boğularaq öldüyü bildirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır
Azərbaycanda qış aylarında tez-tez dəm qazından ölüm hallarının baş verdiyi bildirilir. KİV-in xəbərlərinə görə, təkcə mart ayında Azərbaycanda 20-ə yaxın şəxs dəm qazından boğularaq ölüb. Ötən ilin noyabrında akademik Tofiq Hacıyevin də dəm qazından öldüyü bildirilirdi.