Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:11

Qazaxıstan-AB sazişi qüvvəyə minəcək


Nursultan Nazarbaev və Jean-Claude Juncker
Nursultan Nazarbaev və Jean-Claude Juncker

-

Mayın 1-dən Qazaxıstanla Avropa Birliyinin iqtisadi münasibətləri daha da sıxlaşacaq. Dekabrda razılaşdırılan tərəfdaşlıq razılaşması qüvvəyə minəcək.

Keçmiş sovet respublikası olan Qazaxıstanın iqtisadiyyatı qonşusu Rusiyadan çox asılıdır. Bu səbəbdən həm Rusiya, həm də AB ilə münasibətləri yaxşı səviyyədə saxlamağa çalışır.

AB prezidenti Donald Tusk martın 30-da Brüsseldə prezident Nursultan Nazarbaev-ə deyib ki, razılaşma mayın 1-dən qismən qüvvəyə minəcək.

Nazarbaev daha sonra Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker-lə görüşüb. Görüşdə bildirib ki, AB Astananın ən böyük ticarət tərəfdaşıdır.

Juncker-in sözlərinə görə, Nazarbaev-lə görüşdə Qazaxıstanda hüququn aliliyi və insan haqları problemlərini qaldırıb. Ancaq o, eyni zamanda ölkənin islahatlar vəd etdiyini də söyləyib.

XS
SM
MD
LG