Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 14:23

İlham Əliyev John Kerry ilə görüşəcək

John Kerry və İlham Əliyev
John Kerry və İlham Əliyev

-

Nüvə Təhlükəsizliyi Sammitinə qatılmaq üçün Vaşinqtona gedən prezident İlham Əliyev martın 30-da ABŞ-ın dövlət katibi John Kerry ilə görüşəcək.

Bu haqda ABŞ Dövlət Departamentinin saytı xəbər verir.

Xəbərə görə, John Kerry ilə İlham Əliyevin görüşü yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 22:00-da) başlayacaq. Görüşün yarım saat davam etməsi planlaşdırılır.

Vaşinqtonda düzənlənən Nüvə Təhlükəsizliyi Sammiti martın 31-də başlayacaq. Sammitdə dünyanın aparıcı ölkələrinin rəhbər şəxsləri iştirak edəcəklər. Prezident İlham Əliyev də sammitə dəvətlilər sırasındadır.

This item is part of
XS
SM
MD
LG