Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 17:25

“İranın raket sınağına cavab verilsin”


Qadr raketi

-

Birləşmiş Ştatlar və Avropa müttəfiqləri BMT-nin Təhlükəsizlik Şurasını çağırır ki, İranın son ballistik raket sınaqlarına cavab versin. Həmin sınaqların BMT qətnaməsinə zidd olaraq həyata keçirildiyi bildirilir.

ABŞ, Fransa, Britaniya və Almaniya Şuraya məktub göndəriblər. Məktubda həmin sınaqların “sabitliyi pozduğu və təxribat xarakterli olduğu” vurğulanır. Eyni zamanda qeyd olunur ki, sınaqdan keçirilmiş raketlər nüvə silahı daşımaq qabiliyyətinə malikdir.

İran ötən il nüvə sazişi imzalayandan sonra Təhlükəsizlik Şurası qətnamə qəbul edib, İranı nüvə silahı daşımaq qabiliyyətinə malik ballistik raket buraxmamağa çağırıb.

Məktub müəllifləri “İran hərbi liderlərinin bu raketlərin İsrailə birbaşa təhlükə törətməsi” barədə dediklərinin də narahatlıq yaratdığını qeyd edirlər.

Raket məsələsi martın 14-də Şurada qaldırılıb. Ancaq Rusiya bildirib ki, bu, pozuntu deyil və İrana yeni sanksiyaları dəstəkləmir.

XS
SM
MD
LG