Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 19:08

Latviya rus saytını bağlayıb


Arxiv fotosu

-

Latviya hakimiyyəti martın 29-da Rusiyanın kremlyönlü “Sputnik” xəbər saytını bağlayıb, portalı “təbliğat aləti” adlandırıb. Bu, Moskvanın tənqidinə səbəb olub.

Ölkənin domen qeydiyyatı aparan qurum Sputnik-in "Sputniknews.lv" xəbər saytını idarə etmək hüququnu ləğv edib.

Bu sayt fevralın 12-də yaradılıb, Latviyanın rusdilli azlığına ünvanlanıb, latış və rus dillərində məlumatlar yayıb.

Latviya Xarici İşlər Nazirliyinin sözçüsü Raimonds Jansons Frans Press-ə deyib ki, Sputnik-i etibarlı media mənbəyi deyil, təbliğat aləti hesab edirlər.

Rusiya Xarici İşlər Nazirliyi isə bu qərarı “kobus senzura” adlandırıb.

XS
SM
MD
LG