Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 19:52

ABŞ Türkiyəyə 20 milyon verdi


John Kerry və Mevlut Cavusoglu

ABŞ Dövlət katibi John Kerry ölkəsinin Suriya qaçqınlarına görə Türkiyəyə əlavə 20 milyon dollar ayıracağını bəyan edib.

O bunu martın 28-də Vaşinqtonda rürkiyəli həmkarı Mevlut Cavusoglu ilə keçirdiyi birgə mətbuat konfransında deyib:

“Türkiyə Suriya və onun ətraflarından 2 milyon 700 min qaçqın qəbul edib.

Bu böyük rəqəmdir və biz Türkiyənin bu qaçqınların həyatı, qayğısına qalmaq istəməsinə hörmət edirik.

Biz bu gün bu məqsədə əlavə 20 milyon dollar ayırmaq razılığına gəldik, deyə o bildirib.

Kerrynin sözlərinə görə, ABŞ indiyədək Suriya qaçqınlarına yardım etmək üçün Türkiyəyə 5 milyard dollar verib.

Hazırda Türkiyədə 2 milyon 700 min Suriya qaçqını var.

Avropa Birliyi də bu məqsədlə Türkiyəyə ümumilikdə 6 milyard avro yardım ayırıb.

XS
SM
MD
LG