Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Uçqun olan yataqxana ilə bağlı qərar günü


Yataqxana
Yataqxana

-

Bakının Xətai rayonunda uçqun baş verən yataqxana binası ilə bağlı Nazirlər Kabineti bu gün - martın 29-da qərar verməlidir.

APA-nın xəbərinə görə, bunu Xətai rayon İcra Hakimiyyətinin (İH) əməkdaşı Nizaməddin Əkbərov deyib.

N.Əkbərovun deməsinə görə, Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanında yerləşən beşmərtəbəli yataqxananın qəzalı vəziyyətdə olmasına dair Fövqəladə Hallar Nazirliyi (FHN) hələ ötən il rəy verib:

«İcra Hakimiyyəti binada yaşayan sakinlərin siyahısını hazırlayıb. Orada bir məcburi köçkün ailəsi yaşayır, qalan 94 ailə isə toxuculuq fabrikinin işçiləridir. Yataqxanada bir nəfərin qeyri-yaşayış sahəsi var. Maliyyə Nazirliyi ötən ilin noyabrında sakinlərlə bağlı dəqiqləşmələr aparıb. Hansı sakinlərin çıxarış və ya orderlərə malik olduğu müəyyən olunub. Orada olan 78 mənzilin çıxarışı var, qalanları müəssisədaxili orderlərə malikdir».

İH təmsilçisi onu da bildirib ki, dünən binada yaşayan 15 ailəyə yaxınlarının evində qalmaq tövsiyə olunub.

Martın 28-də Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanında yerləşən beşmərtəbəli yataqxananın 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə uçub.

Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan həmin bina 1979-cu ildə inşa edilib. Bu binanın qəzalı olması ilə bağlı sakinlər bir müddət öncə mətbuat konfransı keçirmişdilər. Onda sakinlər hökumətdən kömək istəyirdi.

XS
SM
MD
LG