Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 04:48

Pakistanda peyvənd edən həkim öldürüldü


Pakistan
Pakistan

Pakistanda peyvəndlə məşğul olan həkim öldürülüb.

Hadisə martın 26-da Əfqanıstanla sərhəddə yerləşən Khyber-də baş verib.

Yerli rəsmilər AzadlıqRadiosuna bildiriblər ki, 40 yaşlı Akhtar Khan öz klinikasında vurublar.

Polis hadisə ilə bağlı bir şübhəli şəxsi saxlayıb.

Hücumla bağlı məsuliyyəti hələ heç bir hərbi qruplaşma üzərinə götürməyib, amma yaraqlılar əvvəllər də peyvəndlə məşğul olan işçiləri hədələyib onlara hücum ediblər.

Yaraqlılar hesab edirlər ki, peyvənd Qərb tərəfindən pakistanlı uşaqlara qəsddir.

Pakistan və Əfqanıstan epidemiyalardan hələ də əziyyət çəkirlər.

XS
SM
MD
LG