-
57 yaşlı məhkum Məryəm Murtuzovanın intihar etdiyi bildirilir.
APA bu xəbəri hüquq-mühafizə orqanlarına istinadən yayıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Müəssisəsində saxlanılan Zaqatala rayon sakini, 57 yaşlı Məryəm Murtuzovanın martın 25-də örpəkdən asılmış meyiti aşkarlanıb.
Onun 2015-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq 6 il 5 ay müddətinə həbs edildiyi bildirilir.
Faktla bağlı Şəki rayon Prokurorluğu araşdırma aparır.