Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:23

Umberto Econun vəsiyyəti


Umberto Eco
Umberto Eco

-

19 fevralda vəfat edən yazıçı, filosof Umberto Eco ən azı 10 il özü və əsərlərilə bağlı konfrans, seminar kimi tədbirlər keçirilməməsini istədi.

ANSA agentliyinin xəbərinə görə, Econun həyat yoldaşı Renate Ramge onun vəsiyyətini yazıçı Patrizia Violi’yə verib.

Düşündürücü olduğu qədər əyləndirici açıqlamalarıyla tanınan Eco-nun vəsiyyəti haqda “Bu da professorun son zarafatı” deyib Patrizia Violi. Umberto Eco’nun ölənədək işlədiyi Bolonya Universitetinin rektoru Francesco Ubertini isə deyib: “Onun bu qərarını gülümsəyərək və anlayışla qarşıladım, çünki tamamilə onun xarakterini ifadə edir. Şübhəsiz ki, onun istəyinə hörmət edəcəyik”.

Umberto Eco’nun yaxın dostlarından biri, Bolonya Universitetinin professoru filoloq Ivano Dionigi “Eco bu vəsiyyətilə başqa adamlardan ayrı bir kateqoriyada olduğunu bir daha göstərdi” deyib.

Vəsiyyət Bolonya Kitabxanasında keçirilən bir tədbirdə ictimaiyyətə elan edilib. ANSA xəbərində yazır ki, İtaliyada onun bu vəsiyyətinin yerinə yetiriləcəyi dəqiqdir, xaricdə isə buna riayət edilib-edilməyəcəyi bilinmir.

XS
SM
MD
LG