Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

U.Eco dövlət vəzifələrindən niyə imtina etmişdi


Umberto Eco
Umberto Eco

-

Yazıçı, filosof Umberto Eco'ya İtaliyada bir çox universitet və dövlət vəzifələri təklif olunmuşdu. O, Bologna Universitetinin rektoru, Milan meri, bir zamanlar işlədiyi RAI televiziyasının direktoru vəzifələrindən imtina etmiş, professor olaraq qalmışdı. Sonra isə ona mədəniyyət naziri vəzifəsi təklif olundu.

Lee Marshall: Siz yeni sol-mərkəzçi italyan hökumətini seçki kampaniyasında açıq dəstəkləmiş, amma onlar seçiləndən sonra sizə təklif etdikləri mədəniyyət naziri postundan da imtina etmişdiniz. Niyə?

U.Eco: Mədəniyyət naziri vəzifəsindən söhbət gedəndə dəqiqləşdirmək istəyirsən, axı mədəniyyət sözü altında nə nəzərdə tutulur. Əgər o, keçmişin estetik məhsulları - rəsmlər, köhnə binalar, orta əsr əlyazmalarıdırsa, mən onların dövlət himayəsi altında olması tərəfdarıyam. Amma bunlarla Mədəni İrs Nazirliyi məşğul olur. Yerdə qalır "mədəniyyət" sözü "yaradıcılıq" mənasında. Yaradıcılıq məsələsində mən yaradıcı prosesə pul ayırmaq və onu bu yolla ilhamlandırmaq istəyən kollektivə rəhbərlik etməyi bacarmaram. Yaradıcılıq yalnız anarxik ola bilər.

XS
SM
MD
LG