Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:35

Belçikada matəmdir, adlar açıqlanıb


Brüssel terror qurbanlarını anır.
Brüssel terror qurbanlarını anır.

-

Belçikada üç günlük matəmdir. Martın 22-də Brüsseldə törədilmiş partlayışlarda, azı, 34 nəfər həlak olub, 200-dən çox yaralı var.

Ötən gecə yüzlərlə insan şəhərin tarixi meydanına yığışıb, şamlar yandırıb, ölənlərin xatirəsinə gül düzüblər.

Yerli vaxtla günorta 12-də bir dəqiqəlik sükut elan olunacaq.

Belçikada təhlükəsizlik səviyyəsi qaldırılıb və polis ölkə boyunca axtarışlara başlayıb. 225 nəfərlik xüsusi qüvvə Brüsselə yerləşdirilib.

Hücumlara görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması üzərinə götürüb.

Martın 23-də Belçika mediası aeroportda partlayışı törətmiş iki qardaşın adlarını açıqlayıb. Onlar Khalid və Brahim el-Bakraoui-dir. RTBF polisin qardaşları tanıdığını bildirib.

Aeroportda onlarla birlikdə şəkli düşmüş üçüncü şəxs axtarılır. Najim Laachraoui adlı bu şəxs axtarışdadır.

Qardaşlardan biri saxta adla Brüssel kənarında mənzil kiraləyibmiş. Polis ötən həftə həmin məkanda bir silahlını öldürüb.

Əməliyyat zamanı Paris hücumlarının əsas şübhəlisi Salah Abdeslam həbs olunub.

XS
SM
MD
LG