Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 15:58

Belçika-Portuqaliya görüşü təxirə salına bilər


Foto arxiv

Martın 29-da keçirilməli olan Belçika və Portuqaliya futbol yığmalarının görüşü baş tutmaya bilər.

Goal.com saytının məlumatına görə, buna səbəb Belçikanın paytaxtı Brüsseldə törədilən terror aktlarıdır.

Hava limanı və metro stansiyasında baş verən partlayışa görə martın 22-də Belçika millisinin məşqi də ləğv edilib.

Qeyd edək ki, bu partlayışlarda 30-dan çox adam ölüb, 180-dən çox adam yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG