Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Yüz il sonra İvanovka ləzgi kəndi olacaq


Ivanovka
Ivanovka

-

Ivanovka
Ivanovka

İsmayıllının sovet kolxozu, gənclər diskotekası, malakan mədəniyyətilə məhşur İvanovka kəndinin yerli əhalisi evlərini kütləvi surətdə satır. Kəndin bu başından o başına maşınla keçmək kifayətdir ki, əksər qapıların üzərinə rus dilində "Satılır" yazıldığını görəsən.

Ivanovka
Ivanovka

Evlərini satmaq istəyənlərin bəziləri artıq kəndi tərk ediblər, gedəndə darvazalarda alıcılar üçün telefon nömrələrini qeyd ediblər, qalanları isə satıb sonra köçmək istəyirlər.

Ivanovka
Ivanovka

Çoxları hesab edir ki, Azərbaycan bu özünəməxsus kəndi turistlər üçün və yerlilər üçün qoruya bilmədi.

Dövlətə məxsus ictimai binaları viranə vəziyyətdədir. Yol, yol işarələri, zibilqabı, ictimai tualet kimi minimum həyat zərurətləri yoxdur.

Kəndin gözəl mənzərəsi, özünəməxsus mədəniyyəti və icması qiymətləndirilmir.

Bir yandan boşalan İvanovka kəndinin o biri ucunda yeni evlər tikilir, bu evlərə İsmayıllı rayonunun başqa yerlərindən ləzgi ailələri köçürülür. Evlərin 40-50-sində yaşayış var, kəndin yeni sakinlərinin uşaqları Azərbaycan dilində məktəbə gedirlər.

Yeni evlərdən yayılan həyat İvanovkanın tarixi koloritini tədricən dəyişdirməkdədir. Malakanların köhnə evlərilə ləzgilərin yeni evləri ilk baxışdaca fərqlənir. Yerli malakanlardan biri deyir ki, kəndi tərk edən malakanlar çoxdur, bu gedişlə İvanovka 100 il sonra malakan kəndi yox, ləzgi kəndi olacaq.

XS
SM
MD
LG