Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Aprel, bazar, Bakı vaxtı 15:50

Lombardlara dövlət nəzarəti?


Illwstrasiya

-

“Azərbaycanda lombardların fəaliyyətinə dövlət nəzarəti tətbiq edilməlidir”.

Fins.az-ın xəbərinə görə, bu təkliflə parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev çıxış edib.

“Dövlət lombardların fəaliyyətini nəzarətdə saxlamalıdır, çünki Azərbaycanda bu sahədə fırıldaqlar artıb. Məsələn, bəzi lombard sahibləri müxtəlif bəhanələr gətirərək müştərilərin girov qoyduqları əşyaları onlara qaytarmaq istəmirlər” - deyə deputat bildirib.

Ancaq O, qeyd edib ki, bu sahə ilə bağlı ayrıca nəzarət orqanı yaratmağa ehtiyac yoxdur:

“Bu işi bir qədər əvvəl yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirə bilər”.

Son zamanlar bank kreditlərinin verilməsi ilə bağlı müştərilərə qoyulan tələblər sərtləşdiyinə görə, ölkədə lombardların populyarlığı artır. Ekspertlər hesab edir ki, lombardlarda kredit götürməyin asanlığı əhalinin kreditlə həddən artıq yüklənməsinə səbəb ola bilər.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG