Keçid linkləri

2026, 17 May, bazar, Bakı vaxtı 01:17

Dəm qazı Lənkəranda can aldı

Qaz
Qaz

-

Lənkəran rayonunun Xarxatan kəndində dəm qazından 55 yaşlı bir qadının öldüyü bildirilir.

«Report»un xəbərinə görə, 55 yaşlı Vüsalə Hüseynova hamamda huşsuz vəziyyətdə tapılıb.

O, təcili olaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər qadının həyatını xilas edə bilməyiblər.

Azərbaycanda qış aylarında dəm qazından ölüm halları tez-tez təkrarlanır. Mediada əks olunan rəqəmlərə görə, təkcə mart ayında Azərbaycanda 10-dan çox şəxs dəm qazından boğularaq ölüb.

This item is part of
XS
SM
MD
LG