Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Şəkidə türk xalq rəqsləri


Şəki
Şəki

-

Türkiyənin «Tubil» xalq rəqsləri ansamblı Novruz bayramı günlərində Şəki musiqisevərlərinin qonağı olub.

AZƏRTAC xəbər verir ki, Sabit Rəhman adına Şəki Dövlət Dram teatrında keçirilən konsertdə şəhər rəhbərliyi, musiqisevərlər iştirak ediblər.

Konsertdən əvvəl Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta çıxış edərək şəkililəri Novruz bayramı münasibətilə təbrik edib. O, bildirilib ki, konsertin Şəkidə keçirilməsi heç də təsadüfi deyil. Çünki bu şəhəri TÜRKSOY 2016-cı il üçün «Türk dünyasının mədəniyyət paytaxtı» seçib.

Sonra Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin «Tubil» xalq rəqsləri ansamblı konsert proqramı ilə çıxış edib. Kollektivin təqdim etdiyi türk xalq rəqslərinin böyük maraqla qarşılandığı bildirilir.

Şəkidən əvvəl kollektiv bu proqramla Gəncədə və Tovuzda da konsertlər verib. Növbəti konsertlər Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.

XS
SM
MD
LG