Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 18:16

450 kiloqram heroin aşkarlandı


-

Azərbaycan gömrükçüləri böyük həcimdə narkotik vasitə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, əməliyyat məlumatı əsasında İrandan Ukraynaya yük daşıyan avtomobil Azərbaycan ərazisindəki Xaçmaz Gömrük İdarəsində saxlanıb.

Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış zamanı gömrükçülər orada 450 kiloqram heroin aşkarlayıblar.

Komitədən onu da bildiriblər ki, hazırda əməliyyat davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG