Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Aprel, bazar, Bakı vaxtı 10:25

İŞİD-ə bağlı 2 nəfər saxlanıb


Foto illüstrasiya

-

Kosovo polisi martın 16-da bildirib ki, İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına üzv toplamaqda və maliyyələşdirmədə təqsirli bilinən iki nəfər saxlanıb.

F.R. adlı bir biznesmen gənc kosovalıların İŞİD-ə qoşulmasını dəstəkləyib, onlardan bəziləri İraq və Suriyada həlak olub. Polis belə deyir.

P.D. adlı ikinci şəxs isə İŞİD-ə iki üzvün cəlb olunmasında şübhəli bilinir.

Polis İŞİD-ə 300 kosovalının qoşulduğunu, 50-dən çoxunun həlak olduğunu deyir. 100-dən çox adam həbs olunub, yaxud qruplaşmayla əlaqələrinə görə dindirilir.

Yeni qanun, xarici müharibələrdə iştiraka görə 15 ilədək həbs cəzası nəzərdə tutur. Ötən həftə Kosovo məhkəməsi bir nəfərə İŞİD-ə qoşulduğuna görə 3 illik həbs kəsib.

XS
SM
MD
LG