-
Çexiya ilə hərbi-texniki sahədə münasibətlərin genişləndirilməsi vacibdir.
Müdafiə naziri Zakir Həsənov martın 15-də Çexiya parlamentinin Deputatlar Palatasının Müdafiə komitəsinin sədri David Kadnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə belə deyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Z.Həsənov qonaqlara regiondakı hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Nazir müxtəlif sahələrdəki əlaqələri yüksək qiymətləndirib və hərbi-texniki sahədə münasibətlərin genişləndirilməsinin vacibliyini bildirib.
Çexiya parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin rəhbərlik etdiyi nümayəndə heyəti martın 13-də Azərbaycana gəlib. Onlar prezident və parlament sədri ilə görüşüblər.