Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 20:30

Artur Rasizadə hesabat verir


Artur Rasizadə
Artur Rasizadə

-

«Ötən il Ümumi Daxili Məhsulun (ÜDM) dəyəri 1.1 faiz artıb. Qeyri-neft sektorunda artım 10 faiz olub».

«Report» xəbər verir ki, bu sözləri baş nazir Artur Rasizadə parlamentdə hökumətin hesabatını verərkən deyib

Baş nazirin deməsinə görə, əsas kapitala 16 milyard manat yönəldilib. Onun 55 faizindən çoxu qeyri-neft sektorunun payına düşüb: «Orta aylıq əməkhaqqı 5 faiz, əhalinin gəlirləri 5.8 faiz artıb. İllik inflyasiya isə 4 faiz səviyyəsində qeydə alınıb. Maliyyə və bank sektorundakı çətinliklərə baxmayaraq, ötən ildə inflyasiyanın birrəqəmli səviyyədə saxlanması təmin edilib».

A.Rasizadə qeyd edib ki, ötən il əsas diqqət əhalinin rifahına yönəldilib: «Əhalinin aztəminatlı təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib. Əmək pensiyalarının orta aylıq artımı 2.4 faiz təşkil edib».

XS
SM
MD
LG