Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 03:16

İlham Əliyev çex deputatları qəbul edib


Jan Hamáček

-

Prezident İlham Əliyev Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Jan Hamáček-in başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, prezident nümayəndə heyətinin səfərinin iki ölkə arasındakı əlaqələri gözdən keçirmək və gələcək işləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını bildirib. «Formula-1» yarışlarının Bakıda keçirilməsinin əhəmiyyətindən danışan İlham Əliyev tədbirin Azərbaycana olan marağı daha da artıracağını söyləyib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti, iki ölkə arasında enerji, bank sektoru, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

XS
SM
MD
LG