Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:39

A.Paşazadə Şimali Qafqaza gedib


Allahşükür Paşazadə
Allahşükür Paşazadə

-

Martın 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Qafqaza yola düşüb.

Bu barədə AzadlıqRadiosuna QMİ-nin mətbuat xidmətindən bildiriblər.
Martın 16-dək davam edəcək səfərdə QMİ sədri Rusiya Federasiyasının Kabarda-Balkar, Qaraçay-Çərkəz və Şimali Osetiya-Alaniya respublikalarında olacaq. Həmin yerlərdə ruhani idarələrinin hesabat-seçki konfransları keçiriləcək, müfti seçkiləri olacaq.

A.Paşazadənin Şimali Qafqaz respublikalarının rəhbərləri ilə də görüşləri nəzərdə tutulur.

XS
SM
MD
LG