Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Marketlər qayda-qanun tanımır


Bakıda məscid
Bakıda məscid

-

IV Bakı Qlobal Forumu, iqtisadi vəziyyət və sosial problemlər medianın aparıcı mövzusudur.

Rəsmi qəzetlər əsasən IV Bakı Qlobal Forumundan yazırlar. «Xalq qəzeti»ndə bu mövzuda dərc edilən bir məqalədə oxuyuruq:

AZƏRBAYCAN SİYASİ DİALOQUN TƏŞƏBBÜSKARIDIR

«V Qlobal Bakı Forumu həqiqətən qlobal miqyaslı hadisədir. Hazırda Bakı Forumu müxtəlif ölkələrin siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı fəaliyyəti ilə bağlı mürəkkəb məsələləri müzakirə etmək üçün ən nüfuzlu məkanlardan biridir».

Məqalədə Forumda iştirak edən Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitry Savelyev-in fikirlərinə də yer verilib: «Azərbaycanın əhalisinin 98 faizi müsəlmandır. Amma əhalisinin müsəlman olması Azərbaycanın pravoslav kilsələri tikməsinə, sinaqoqları bərpa etməsinə mane olmur. Azərbaycanda rus dili ikinci dövlət dili kimi təsbit olunmayıb. Amma bu fakt Azərbaycana rus dilində təhsili genişləndirməsinə, rus mədəniyyəti ilə maraqlanmasına və millətlərarası ünsiyyət dili kimi onu qoruyub saxlamasına mane olmur. Sevindirici haldır ki, hazırda dünya məkanında mühüm rol oynayan Azərbaycan bu gün çoxqütblü dünya mövzusunda siyasi dialoqun təşəbbüskarı kimi çıxış edir».

Yadigar Türkel
Yadigar Türkel

«XXI ƏSRİN UTANCI»

Bu «Azadlıq» qəzetində Elnur Astanbəylinin imzası ilə dərc edilən bir məqalənin başlığıdır.

Məqalədə Rəsulzadə irsinin araşdırıcısı Yadigar Türkelin Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutundan xaric edilməsinə münasibət bildirilir. Müəllif yazır:

«Yadigar Türkellə şəxsi tanışlığım yoxdur. Amma araşdırdığı Rəsulzadə irsi ilə bağlı şəxsi imkanları hesabına hansı işlər gördüyü, necə fədakarlıqlara imza atdığı barədə çox eşitmişəm. Bu, Azərbaycan reallığında nadir örnəkdir. Belə insanları gözardı edən, linç edən, «xalq düşməni» elan edən bir zehniyyətin Azərbaycanda hələ də – 21-ci əsrdə var olması faciədir».

Bakıda supermarket
Bakıda supermarket

EYNİ MƏHSULLAR MÜXTƏLİF QİYMƏTLƏRƏ SATILIR

«Novruz bayramı öncəsi marketlərdə eyni məhsullar müxtəlif qiymətə satılır».

Bu fikir isə «Yeni Müsavat» qəzetində qiymətlərlə bağlı dərc edilən bir məqalədən götürülüb. Qəzetin əməkdaşları bir sıra marketlərdə araşdırma aparıblar.

Məqalədə qeyd edilir ki, metronun «Nəriman Nərimanov» stansiyası yaxınlığındakı bir marketdə hansısa firmaya aid məhsulların qiyməti nisbətən ucuzdur. Qonşu marketlərdə isə eyni firmanın eyni malı isə bahadır: «Eyni firmanın eyni məhsulu 3 fərqli marketdə məhz fərqli də qiymətə satılır».

Bu halları şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu marketlərin heç bir qayda-qanuna tabe olmaması ilə izah edir:
«Marketlər çox səhv siyasət aparırlar, heç bir qayda-qanun yoxdur. İstehsalçı malı marketlərə vahid qiymətə verir, qiymətləri sonradan marketlər özləri qaldırırlar».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG