Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:56

Finlandiya xalqı dünyada ən savadlı xalqdır


Helsinki şəhəri
Helsinki şəhəri

-

Finlandiya xalqı dünyanın ən savadlı xalqıdır, - yeni tədqiqat bu nəticəyə gəlib. Tədqiqatı Yeni Britaniya adasında yerləşən Central Connecticut Dövlət Universiteti aparıb.

200 ölkənin əhalisinin “savadlı davranış xarakteri”ndən tutmuş yazıb-oxumaq bacarığına, akademik göstəricilərinə, kitabxanaların, məktəblərin keyfiyyətinə, ölkənin kompüter təchizatına qədər, bir çox amillər nəzərə alınıb.

Siyahıda ikinci yerdə Norveç, üçüncü yerdə İslandiyadır, növbəti yerlər: Danimarka, İsveç, İsveçrə.

ABŞ yeddinci, Almaniya səkkizinci, Latviya doqquzuncu, Niderland onuncu, Kanada on birinci, Fransa 12-ci, Britaniya 17-ci yerdədir.

Sonuncu yeri isə Botsvana tutub. Ondan əvvəl İndoneziya, sondan ikinci yerdə isə Tailand gəlir.

Tədqiqatı aparan universitetin prezidenti John Miller deyib: Finlandiya, Norveç, İslandiya, Danimarka, İsveç ona görə ilk beş yeri tutublar ki, onların “monolit mdəniyyətində oxumaq dəyərdir”.

Fin yazıçı Tove Jansson'un "Moomin" seriyasından kitablar dünyada məşhurdur.

Aki Ollikainen
Aki Ollikainen

Başqa bir fin yazıçı, debüt romanı “White Hunger” bugünlərdə Beynəlxalq Man Booker mükafatının uzun siyahısına düşmüş Aki Ollikainen deyib:

“Bizim ölkələrimizdə məktəb, oxumaq, yüksək səviyyəli təhsil icbaridir, həm də işçi sinif üçün əlçatandır. Müəllimlik, təhsil çox yüksək qiymətləndirilir.

Mən fəxr edirəm ki, Fin məktəb sistemi, həmçinin kitabxanaları hamıya açıqdır. Hər kəsin öyrənməyə, oxumağa bərabər imkanı var. Finlandiyada biz buna adi şey kimi öyrəşmişik, amma dünyada bu, lüks hesab olunur.”

The Guardian'a istinadən OxuZalı

XS
SM
MD
LG