Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:05

E.Məmmədyarovdan futbolçulara müjdə


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

«Futbolçuların viza məsələlərində heç bir problemi olmayacaq».

Bunu jurnalistlərə açıqlamasında AFFA İcraiyyə Komitəsinə yeni üzv seçilən xarici işlər naziri Elmar Məmmədyarov deyib.

«Report»un xəbərinə görə, nazir bundan sonra hər iki postunda işləri əksiksiz yerinə yetirməyə çalışacağını deyib:

«Son vaxtlar Azərbaycan futbolunda inkişaf gedir. «Qarabağ» və «Qəbələ» Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Hazırda «Zirə» də yaxşı oyun göstərir, ancaq Avropa turnirlərində iştirak etmək üçün təcrübə də önəmlidir. Bu yay görəcəyik Azərbaycan klubu Çempionlar Liqasında necə iştirak edir», - xarici işlər naziri deyib.

E.Məmmədyarov futboldakı planlarından danışmayıb: «Hələ tezdir. İşin içində olandan sonra bu barədə danışa bilərəm».

E.Məmmədyarov martın 11-də AFFA İcraiyyə Komitəsinə üzv seçilib.

XS
SM
MD
LG